logo
 Qalın paltarların qurutmaq yolları

Qalın paltarların qurutmaq yolları

06.03.2023

Hava soyuyanda evlər də soyuyur. Qışda daha qalın paltar geyindiyimiz üçün bu paltarların quruması çətinləşir. Bəs, paltarları daha tez qurutmağın bir yolu varmı? Geyimlərin daha tez qurudulması üçün bir neçə vasitə: 🟣 Evdə ayrı bir quruducunuz yoxdursa və vaxtınız məhduddursa, paltarlarınızı daha tez qurutmaq üçün paltaryuyan maşındakı qurutma dərəcəsini artırmalısınız. Ancaq diqqətli olun, yun geyimlər zədələnə bilər. 🟣 Yüksək sürətlə qurutduğunuz paltarları asmazdan əvvəl ütü masasına qoyun, üzərinə təmiz bir dəsmal qoyun və yaxşı basaraq ütüləyin. Arada bir dəfə tərs çevirin. Beləliklə, hər tərəfdən bərabər quruyacaq. Sonra saç qurutma cihazı ilə bir müddət havalandırın. 🟣 Paltarlarınızı otaqda qurudursanız, asqıya çox yaxın asmayın. Bu şəkildə assanız, digər paltarlarınızın daha gec qurumasına səbəb olacaq. Bu səbəblə hava axınının baş verməsi üçün aralarında bir məsafə saxlayın. 🟣 Əgər kombiniz çalışırsa, onları kombinin üzərinə qoya bilərsiniz, ancaq bu, otağınızın temperaturunu bir qədər aşağı sala bilər. Yeri gəlmişkən, paltar qurutduğunuz otaqda yatmayın. Kombinin üzərinə qoyulan çamaşırlar, sıx buxarlanma səbəbindən otaqdakı oksigen və rütubət tarazlığını pozur.

14.08.2023

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

#1 Meyvə və tərəvəzlərdən turşu hazırlamaq Turşular sevdiyiniz tərəvəzləri yaydan qışa daşımaq üçün istifadə edə biləcəyiniz üsullardan biridir. Turşuların hazırlanmasının ümumi məntiqi qidaları turşulaşdırmaq və xarab olmasının qarşısını almaq üçün fermentasiya etməkdir. İstədiyiniz bir çox meyvə və tərəvəzin tam yetişməmiş olması şərti ilə, turşusunu hazırlayıb, qışda könül rahatlığı ilə nuş edə bilərsiniz. #2 Meyvə və tərəvəzləri qurudaraq saxlamaq Yayda qurutduğunuz meyvə və tərəvəzlər qışda yemək hazırlayarkən sizin köməyinizə çatacaq. Məsələn, yayda qurutduğunuz banan, çiyələk, şaftalı, qaragilə kimi meyvələrdən qış səhərləri hazırladığınız sıyığı bəzəmək ,peçenye və tortlara dad vermək üçün istifadə edə bilərsiniz. Qurudulmuş badımcan, bibər kimi tərəvəzlər qışda doyurucu və qidalı yeməyə çevrilə bilər.Təzə nanə və kəklikotunu da qurudaraq mətbəxinizdə ədviyyat kimi istifadə edə bilərsiniz. #3 Meyvə və tərəvəzləri buzluqda saxlamaq Sevdiyiniz meyvə və tərəvəzləri mövsümündə alıb, yaxşıca təmizlədikdən sonra dondurucuda saxlaya bilərsiniz. Dondurucuda saxlamaq istədiyiniz tərəvəzləri istifadə etmək istədiyiniz forma və ölçüyə gətirmək və bu şəkildə saxlamaq istifadə zamanı sizə daha rahat olacaq. Müxtəlif yeməklərdə, dondurma və desertlərdə dondurulmuş meyvə və tərəvəzlərdən istifadə edə bilərsiniz.

Izzidone LLC. 2022.

All rights reserved ©