Günümüzün reallığı və dayələr

Günümüzün reallığı və dayələr

19.02.2022

‘‘Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir.’’, ‘‘Uşaq ailənin güzgüsüdür.’’ və bunun kimi bir çox atalar sözü var ki, uşağa qarşı diqqət və qayğının nə dərəcədə vacib olduğunu bir daha diqqətimizə çatdırır.

Uşaqlarla daimi olaraq vaxt keçirmək, onları müşahidə etmək və nəyə ehtiyacı olduğunu davranışlarından anlamaq lazımdır. Hər yaş qrupuna özəl yanaşma tərzi var ki, bunu da anlamaq və ehtiyaclara görə davranmaq da çox vacibdir. Müasir dövrdə bu sahədə bir çox təlimlər, dərsliklər, resurslar mövcuddur və çox yaxşı olar ki, valideynlər övladlarını yetişdirərkən şəxsi təcrübələri ilə yanaşı, bu cür resursların köməyindən də istifadə etsinlər.

Günümüzün reallığına nəzər saldıqda hər iki valideynin işgüzar insanlar olduğu nümunələr daha çox rastlanır və bu kimi hallar artan istiqamətdə hərəkət edir. Bəzən də valideynlər iş və şəxsi həyatlarına vaxt ayırmaqla, övladlarını yetişdirmək üçün vaxt ayırmaq, onlarla zaman keçirmək kimi bir seçim qarşısında qalırlar. ‘‘Uşaqları evdə qoyub gələ bilməyəcəyik’’, ‘‘Uşaqlar evdə təkdir deyə biz tez durmalıyıq’’, “Uşağım hələ balacadır deyə iş saatları mənə uyğun deyil” və bunun kimi narahatlıq səbəblərini çox eşitmişik. Bu səbəblər ucbatından sosial həyatlarından, istirahətlərindən özünü təcrid edən valideynlər zaman keçdikcə iş və həyat rutinin yoğunluğundan övladlarına da lazımı diqqət və qayğını ayıra bilmirlər. Bir sözlə yaşam keyfiyyətlərinin aşağı düşməsinə səbəb olurlar. Bəs qızıl ortanı tutuzdurmaq, bu balansı qorumaq üçün nə etmək olar?

Bu sual dayə mövzusunun aktuallığını və önəmini üzə çıxarır. Hətta müəyyən yaşdan sonra övladlarını uşaq bağçasına etibar edən valideynlər də günün müxtəlif saatlarında dayə köməyindən faydalanmağa ehtiyac duyurlar. Bəzən övladlarını heç kimə etibar etməyən və uşaqların tərbiyəsi ilə şəxsən məşğul olmağa üstünlük verən valideynlər bir çox işlərini təxirə salmamaq üçün bir neçə saatlıq uşaqlara baxacaq etibarlı birini axtarırlar.

Günümüzdə dayə xidmətləri heç vaxt olmadığı qədər lazımlı bir sahəyə çevrilib. Artıq dayə dedikdə sadəcə uşaqla birlikdə vaxt keçirən və serial izləyən insanlar da nəzərdə tutulmur. Valideynlərin dayələrdə axtardığı kreiteriyaları dövrün tələbləri müəyyənləşdirir. Məsələn əvvəllər dayələr üçün tibbi biliklər, körpə uşaqların gigiyenik bezlərini dəyişmək, çimizdirmək, yedizdirmək və bu kimi digər təməl bilik və bacarıqlar kifayət edirdi. İndi bütün bunlarla yanaşı uşaqların fərdi inkişafı üçün xarici dil bilikləri, yaradıcılıq qabiliyyəti və analitik beyinin inkişafı üçün tapşırıq və çalışmalar, yaxud oyunların keçirilməsi bacarığı da tələblər siyahısına daxildir.

-Dayə təhsilli olmalıdır Təhsil, dayə axtarışlarında diqqət yetirilməli ən vacib məqamlardandır. Təhsilli dayə dedikdə, minimum orta və bakalavr təhsili ilə yanaşı, xüsusi sertifikatlaşma kurslarını keçmiş şəxslər nəzərdə tutulur. Dayə xidmətləri təklif edən şəxsin təhsilini dəyərləndirərkən attestat, qiymət cədvəli, diplom, sertifikat və digər təsdiqedici sənədləri tələb edə bilərsiniz. -Dayənin müvafiq tibbi arayışı olmalıdır Peşəkar dayə xidmətləri göstərən şəxslər mütəmadi olaraq tibbi baxışdan keçməli, psixoloji və fiziki sağlamlığı yoxlanılmalıdır. Yoluxucu xəstəliklərin çox yayıldığı dövrdə yaşadığımızı nəzərə alsaq, uşaqlarımızın və özümüzün sağlamlığı üçün bu çox önəmlidir. -Məhkumluq haqqında arayışın tələb olunması Dayə dedikdə uşaqlarınızla yanaşı evinizi və ailənizə aid əmlakı da etibar etdiyiniz şəxs nəzərdə tutulur. Bu səbəbdən, dayə kimi fəaliyyət göstərən şəxsin qanunla hər-hansı probleminin olmaması çox vacibdir. -Tibbi biliklərinin olması Dayə seçərkən diqqət yetiriləcək ən vacib məqamlardan biri də şəxsin tibbi biliklərinin olması və xüsusilə ilkin tibbi yardım kursunu keçməsidir. Dayə axtarışlarının standart tələbləri siyahısında sanitar-gigiyena bilikləri də yer alır. Uşaqlarınızı etibar etdiyiniz şəxs, eyni zamanda sanitar gigiyena qaydalarını bilməli, uşağınızın qayğısına qalmağı bacarmalıdır. -Etika və mənəviyyat Dayənizin etik davranış qaydalarına bələd olması, mənəvi aləminin zənginliyi də tələblər siyahısında vacib məqamlardan sayılır. Dayə xidməti göstərən şəxs uşaqlarınızla keçirdiyi vaxt ərzində müəyyən olunmuş sərhədləri aşmamalı, iş etikasına sadiq qalmalı, uşaqlarınızla mənəvi bağ qurmalı, bununla yanaşı daim peşəkar davranmağı bacarmalıdır. Bütün bu məqamları nəzərə alsaq müasir dövrdə dayə dedikdə uşaq psixologiyasına yaxşı bələd olan, hər yaş qrupuna özəl yanaşma tərzini bilən, uşaqlarla işləmək təcrübəsinə sahib, bir sözlə, peşəkar dayə xidmətləri göstərən ixtisaslaşmış kadrlar nəzərdə tutulur. Bəzən bu cür keyfiyyətlərə sahib olan peşəkar dayə xidmətindən daimi olaraq faydalanmaq hər ailənin büdcəsinə uyğun olmur. Bəzən də dayə xidmətindən bütün gün boyu deyil, xüsusi hallarda, valideynlər vaxt ayıra bilmədikdə, xüsusi yanaşmaları bacarmadıqda, səyahətdə, istirahətdə yaxud hansısa tədbirdə olduğu zamanlarda ehtiyac duyula bilir. Bəs bu cür dayələri necə tapmalı?!

Müəyyən vaxtlarda, birneçə saatlıq sizə xidmət edəcək peşəkar dayə tapmaq üçün şəxsi kanallarınızı işə sala, tanışlarınız vasitəsilə soraqlaya, internetdə axtarış edə bilərsiniz. Yekunda bütün bu prosesə çox vaxt və enerji sərf edəcək, bəzən də nəticədən narazı qalacaqsınız. Bütün bu hallarla üzləşmədən, ən rahat və etibarlı yol olaraq, tezliklə istifadənizə veriləcək www.izzidone.com saytına müraciət edə və saatlıq dayə xidmətindən faydalana bilərsiniz.

Izzidone LLC. 2022.

All rights reserved ©