logo
Bayram təmizliyini necə etməli?

Bayram təmizliyini necə etməli?

05.03.2022

Bu dəfə də bayramlarımızın ‘‘olmazsa olmaz’’ adəti olan təmizlikdən danışacağıq. Başlayaq ondan ki, təmizlik işlərinə nə aiddir və təmizlik etmək üçün nəyi bilmək lazımdır?

Ümumilikdə təmizlik işlərini ilkin, gündəlik, əsaslı və spesifik olmaqla 4 əsas qrupa bölə bilərik. 1. İlkin təmizlik işləri – yeni təmirdən çıxmış məkanlarda; 2. Gündəlik təmizlik işləri – səliqə səhmanın və təmizliyin olduğu kimi qalmasına nail olmaq üçün; 3. Əsaslı təmizlik işləri – il ərzində daha çox 4 dəfə, rüblük yaxud mövsümlük olaraq; 4. Spesifik təmizlik işləri – isə daha çox məkanın hansısa hissəsində yaxud xüsusi yanaşmaya ehtiyac olan məkanlarda aparılır. Elimizin adətinə görə hər bayram öncəsi, əsas da Novruz bayramı ərəfəsində aparılan bayram təmizliyini də əsaslı təmizlik işləri kateqoriyasına aid edə bilərik.

Bayram təmizliyi deyəndə yır-yığış dediyimiz ortalığı səliqəyə salmaq nəzərdə tutulmamalıdır. Bura zibillərin yığışdırılması, səthlərdə tozun silinməsi, pəncərə şüşələrinin yuyulması, döşəmə və tavan təmizliyi, parıldadılmış santexnika və sanitar qovşaq, səliqəli yığışdırılmış şkaflar, təmizlik qoxan ortam və saymaqla bitməyən bir sürü iş daxildir. Bu qədər işi yazılı halda görmək belə insanı yora bilirsə, bütün bunları realda etmək üçün nə qədər vaxt və enerji tələb olunacaq? Amma unutmayaq ki, hər işi asanlaşdıracaq yollar da mövcuddur. Bayram təmizliyini daha asan və ideal şəkildə həyata keçirmək üçün nələri bilmək lazımdır?

• Vacib məqamdır. Təmizlik edərkən işlərə ən hündür və ən ucqar nöqtədən başlamaq lazımdır. Otaqlara daxil olarkən ilk öncə otaq havalandırılıb, atılacaq tullantılar yığışdırıldıqdan sonra işə başlamaq olar. •Bir qayda olaraq, evlərdə təmizliyə yataq otağından başlamaq lazımdır. İlk öncə, yataq dəstləri və çarpayı yığışdırılıb yuyulmağa göndərilir, ardınca isə tozlu səthlərə keçilir. Döşəmədə xalı yaxud digər bu tipli toz yığan örtüklər də yığışdırılıb havalandırılır, yaxud yuyulur. Döşəmələri tozsoranlayıb, daha sonra isə rəflərin tozunu almaq mənasızdır. İstənilən halda havaya qalxan toz hissəcikləri döşəmələri yenidən tozlandıracaqdır. •Paltarların və yataq dəstinin yay-qış edilməsi də əsasən yataq otağının təmizliyində baş verir. Bu zaman qışlıqlar təmizlənib paketlənir və növbəti mövsümdə istifadə olunmaq üzərə şkaflara yığılır. •Otaqlar təmizlənərkən şaquli təmizlik prinsipinə uyğun olaraq tavandan və çilçıraqdan başlayıb aşağıya doğru divarlar, elektrik yuvaları, rəflər və şkaflar, elektrik əşyaları, şəkillər və s. saat əqrəbi istiqamətində təmizlənir. Yəni, təmizliyi girişdən sol divardakı əşyalardan başlayaraq otaq boyu saat əqrəbi istiqamətində hərəkət edərək qapıya doğru aparırıq. •Ən sonda sanitar qovşaqlar xüsusi vasitələrlə təmizlənir ki, burda da ardıcıllıq mövcuddur. Belə ki, tavandan başlamış bütün səthlər xüsusi vasitələrlə yuyulub, silinir və sonda trap (kanalizasiya çıxışı) təmizlənir. Təmizlik işlərinin bitdiyinə əmin olduqdan sonra bütün məkanın havası xüsusi ətirlərlə təravətləndirilir.

Kimyəvi məhlulların düzgün qaydada hazırlanması, dozajlanması və məhlullarla işləmə təcrübəsi çox önəmlidir. Bu sahədə ən çox məsləhət görülən kimyəvi məhlullar sırasında Diversey, Ecober, Ecolab, Novator, avadanlıqlardan isə Ecober, Kärcher (Almaniya) yer almaqdadır. Peşəkar vasitələrin istifadəsi, ideal təmizlik və əşyaların keyfiyyətli qalmasının zəmanətidir. İdeal təmizliyə nail olmaq üçün çox enerji və vaxt sərf olunmalıdır. Həm də bahalı ola biləcək xüsusi avadanlıq və vasitələrə ehtiyac duyulur. Ən yaxşısı işi peşəkarlara etibar etməkdir. Bayramı gözləməyə ehtiyac da yoxdur. İdeal təmizlik üçün istənilən vaxt İZZİ-nin peşəkar təmizlik əməkdaşlarına müraciət edə bilərsiniz.

14.08.2023

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

#1 Meyvə və tərəvəzlərdən turşu hazırlamaq Turşular sevdiyiniz tərəvəzləri yaydan qışa daşımaq üçün istifadə edə biləcəyiniz üsullardan biridir. Turşuların hazırlanmasının ümumi məntiqi qidaları turşulaşdırmaq və xarab olmasının qarşısını almaq üçün fermentasiya etməkdir. İstədiyiniz bir çox meyvə və tərəvəzin tam yetişməmiş olması şərti ilə, turşusunu hazırlayıb, qışda könül rahatlığı ilə nuş edə bilərsiniz. #2 Meyvə və tərəvəzləri qurudaraq saxlamaq Yayda qurutduğunuz meyvə və tərəvəzlər qışda yemək hazırlayarkən sizin köməyinizə çatacaq. Məsələn, yayda qurutduğunuz banan, çiyələk, şaftalı, qaragilə kimi meyvələrdən qış səhərləri hazırladığınız sıyığı bəzəmək ,peçenye və tortlara dad vermək üçün istifadə edə bilərsiniz. Qurudulmuş badımcan, bibər kimi tərəvəzlər qışda doyurucu və qidalı yeməyə çevrilə bilər.Təzə nanə və kəklikotunu da qurudaraq mətbəxinizdə ədviyyat kimi istifadə edə bilərsiniz. #3 Meyvə və tərəvəzləri buzluqda saxlamaq Sevdiyiniz meyvə və tərəvəzləri mövsümündə alıb, yaxşıca təmizlədikdən sonra dondurucuda saxlaya bilərsiniz. Dondurucuda saxlamaq istədiyiniz tərəvəzləri istifadə etmək istədiyiniz forma və ölçüyə gətirmək və bu şəkildə saxlamaq istifadə zamanı sizə daha rahat olacaq. Müxtəlif yeməklərdə, dondurma və desertlərdə dondurulmuş meyvə və tərəvəzlərdən istifadə edə bilərsiniz.

Izzidone LLC. 2022.

All rights reserved ©