logo
Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

14.08.2023

#1 Meyvə və tərəvəzlərdən turşu hazırlamaq Turşular sevdiyiniz tərəvəzləri yaydan qışa daşımaq üçün istifadə edə biləcəyiniz üsullardan biridir. Turşuların hazırlanmasının ümumi məntiqi qidaları turşulaşdırmaq və xarab olmasının qarşısını almaq üçün fermentasiya etməkdir. İstədiyiniz bir çox meyvə və tərəvəzin tam yetişməmiş olması şərti ilə, turşusunu hazırlayıb, qışda könül rahatlığı ilə nuş edə bilərsiniz. #2 Meyvə və tərəvəzləri qurudaraq saxlamaq Yayda qurutduğunuz meyvə və tərəvəzlər qışda yemək hazırlayarkən sizin köməyinizə çatacaq. Məsələn, yayda qurutduğunuz banan, çiyələk, şaftalı, qaragilə kimi meyvələrdən qış səhərləri hazırladığınız sıyığı bəzəmək ,peçenye və tortlara dad vermək üçün istifadə edə bilərsiniz. Qurudulmuş badımcan, bibər kimi tərəvəzlər qışda doyurucu və qidalı yeməyə çevrilə bilər.Təzə nanə və kəklikotunu da qurudaraq mətbəxinizdə ədviyyat kimi istifadə edə bilərsiniz. #3 Meyvə və tərəvəzləri buzluqda saxlamaq Sevdiyiniz meyvə və tərəvəzləri mövsümündə alıb, yaxşıca təmizlədikdən sonra dondurucuda saxlaya bilərsiniz. Dondurucuda saxlamaq istədiyiniz tərəvəzləri istifadə etmək istədiyiniz forma və ölçüyə gətirmək və bu şəkildə saxlamaq istifadə zamanı sizə daha rahat olacaq. Müxtəlif yeməklərdə, dondurma və desertlərdə dondurulmuş meyvə və tərəvəzlərdən istifadə edə bilərsiniz.

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

#4 Mürəbbə və ya marmelad hazırlamaq Yay meyvələrini qışa dadlı şəkildə gətirməyin yollarından biri də mürəbbə və ya marmelad hazırlamaqdır. Yaydan qışa keçərkən çiyələk, moruq,albalı, tut və digər bir çox meyvədən mürəbbə hazırlaya bilərsiniz. Qışda hazırlanan səhər yeməyi süfrələrində isti çörəyə yayılan dadlı mürəbbə kimisi yoxdur! #5 Tomat pastası hazırlamaq Gözəl və dadlı yay pomidorlarından tomat pastası hazırlayaraq, onları qışda da istifadə edə bilərsiniz. Pomidorlar götürülür, yaxşı təmizlənir, qaynadılır, soyulur... İstifadə etdiyiniz tərəvəzlərin dadlı olması,tamat pastanızın ləzzəti üçün çox vacibdir.

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

Izzidone LLC. 2022.

All rights reserved ©