Təmirə hazırlaşırsansa nəzərə almalı olduğun 5 əsas məqam

Təmirə hazırlaşırsansa nəzərə almalı olduğun 5 əsas məqam

25.02.2022

Təmiri daha sərfəli və keyfiyyətli etmək istəyirsənsə, bunları mütləq bilməlisən.

1) Təmirin keyfiyyətli və sərfəli olmasını təmin edəcək yəqin ki, əsas amil peşəkar ustadır. İlk növbədə, işin həcminə baxmaq, təmir üçün ayrı-ayrı ustaların, yaxud komanda şəklində fəaliyyət göstərən şirkət və ya usta briqadasının daha məqsədəuyğun olacağını müəyyən etmək lazımdır. Əgər təmir üçün bir-neçə ustanın (məs: rəngsaz, dülgər, santexnik və s.) cəlb olunması tələb olunursa, ən yaxşısı, bu işə komanda cəlb etməkdir.

2) Günümüzdə təmir işlərini keyfiyyətli və sürətli həyata keçirən usta tapmaq çətin olsa da, bunu asanlaşdıracaq üsullar mövcuddur. Ustanı tapdığınız kanalların köməyi ilə xidmət haqda müsbət rəy aldıqdan sonra, ilk olaraq, ustaların portfoliosu ilə maraqlanmaq, ən son təhvil verdiyi 5 işlə tanış olmaq lazımdır. Öncəki müştərilərin təmiri həvalə etməyə hazırlaşdığınız ustanın xidmətləri barədə fikirləri çox önəmlidir.

3) Təmir olunacaq yerə baxış keçirildikdən sonra usta (və ya komanda rəhbəri, briqadir, dizayner) ilə işlərin ardıcıllığı, hər işə sərf olunacaq müddət, ödəniş şərtləri, işin keyfiyyətini bəyənmədiyiniz təqdirdə necə davranılacağı, görülən işlərə verilən yazılı və ya şifahi təminat, tələb olunan inşaat materiallarının siyahısı detallı şəkildə dəqiqləşdirilməli, bazarda ortalama qiymət və təmirlə bağlı sizi maraqlandıra biləcək digər mövzularda danışılmalıdır. Bütün bu məsələlərin müzakirəsindən sonra tərtib edilmiş layihə üzrə təmirə başlaya bilərsiniz.

4) Təmir işlərinin gedişatı ilə yaxından tanış olmaq və hər mərhələdə (suvaq, boya, döşəmə və s.) yekunlaşmaqda olan işlərin keyfiyyətini ustanın iştirakı ilə diqqətli şəkildə yoxlamaq lazımdır. Hansısa işdə nöqsan aşkarlanarsa, dərhal müdaxilə edilməsini tələb etmək və görüləcək əlavə işə kimin məsuliyyət daşıyacağını müəyyən etmək lazımdır. Öncədən gəlinmiş razılığa əsasən ödənişlərə nəzarəti həyata keçirmək.

5) Layihədə qeyd olunan bütün təmir işləri yekunlaşdıqdan, ilkin təmizlik işləri həyata keçirildikdən sonra görülmüş işlərin keyfiyyətinə yekun nəzər yetirmək, hər şeyin layihəyə uyğun olub-olmadığını müəyyənləşdirmək lazımdır.

Izzidone LLC. 2022.

All rights reserved ©