logo
Qapalı eyvan üçün 3 ideya | P&P Blog

Qapalı eyvan üçün 3 ideya | P&P Blog

31.08.2022

Əgər qapalı eyvanınız varsa və yaxud «milli adətimizə» əsasən, açıq eyvanı bağlatdırıb yaşayış sahəsinə qatmısınızsa, bu üç ideya sizin üçündür!

#1 qapalı eyvan ideyasında dizayner pəncərə altını ümümiyyətlə ləğv edib. Qapıları isə şüşə arakəsmə ilə əvəz edərək, eyvanı qonaq otağının davamı olaraq göstərmək istəyib. Bu üsul ilə otağa daha çox işığın daxil olması üçün şərait yaranıb və ağ rəngin hesabına daha yüngül və geniş interyer əmələ gəlib. Əlavə olaraq, eyvana yerləşdirilmiş rəf və oturacaqlar ümümi sahəyə daha çox funksionallıq qatıb.

Qapalı eyvan üçün 3 ideya | P&P Blog

#2 qapalı eyvan ideyasında dizayner eyvanı mütləq şəkildə yaşayış sahəsinə birləşləşdirmək məqsədilə iş görüb. Eyvan və mətbəxin keçidini yox etmək və sahəni vizual olaraq birləşdirmək üçün hər ikisinin döşəməsində eyni metlaxdan istifadə edilib. Həmçinin, eyvanın divarında mətbəxə aid (səhər yeməyi, qəhvə, qayğanaq və s. kimi) sözlər yazılıb və beləliklə, oranın mətbəxlə əlaqəsi olduğu vurğulanıb. Orada quraşdırılmış hündür masa ilə dizayner həm də orada eyvanda bir iş zonası yaradıb.

Qapalı eyvan üçün 3 ideya | P&P Blog

#3 qapalı eyvan ideyasında isə eyvanın birləşdiyi otaq - yeniyetmə uşaq otağıdır. Dizayner otaq ilə eyvanın arasındakı qapını ləğv edərək, onları artıq vizual olaraq birləşdirib. Eyvan tərəfdən ara divar boyunca, tavanadək yığılmış saxlanc yeri, uşaq otağının əsas yaşayış hissəsini artıq əşyalardan azad etməklə yanaşı, eyvan hissəsini də çox xüsusi asudə vaxtı yerinə çevirib.

Qapalı eyvan üçün 3 ideya | P&P Blog

Hansı ideyanı daha çox bəyəndiniz? Mətnin müəllifi: Practic & Perfect | Fidan

07.02.2023

Soyuducuda mükəmməl səliqə-sahman ola bilər?

Soyuducuda mükəmməl səliqə-sahman ola bilər?

Soyuducuda mükəmməl səliqə-sahman ola bilər ya bu sadəcə Instagram videolarında rastlaya biləcəyimiz görüntüdür? Nə yalan deyək, soyuducu bizim yaralı yerimizdir, çünki onun səliqə-sahmanını qorumaqda çətinlik çəkirik. Ələlxüsus da, bizə lazım olan miqdarda ərzaqdan daha çox ərzaq evə alınarsa… Yenə gəldik minimalizmə! 😌 Ehtiyacımız olandan daha çox olan hər bir şeyi sahmanlamaq çətin və yorucudur… Çox çalışırıq ki, bazarlıq zamanı lazım olandan artıq heçnə alınmasın. Az miqdarda bazarlıq olunanda işimiz də çox rahat olur. Biz hamısı eyni, şəffaf və ya ağ soyuducu orqanayzerlərindən istifadə edirik, əksəriyyəti qapaqlı və vakuum şəraitini təmin edəndir 👍 ✅ Səliqəli görüntünün vacib şərtlərindən biri də orqanayzerlərin eyni və ya ən azından, eyni rəngdə olmasıdır. Bu qayda soyuducu üçün də keçərlidir. Həmçinin, soyuducuya polietilen paketlərdə heç bir ərzağın yerləşdirilməməsinə çox diqqət edirik! Polietilen paketlər: 🔹estetik deyillər 🔹içindəkiləri bizə unutdururlar 🔹spesifik, xoş olmayan qoxu yaradırlar… Dondurucuda polietilen paketdə saxlanılan ət/toyuq görəndə, həmin evdən qaçmağımız gəlir…🥲 Əgər siz də bizim kimi, soyuducu daxil hər yerdə estetika axtarışındasınız, amma buna nail ola bilmirsinizsə, qeydlərimzi nəzərə alın və yalnız ehtiyacınız olan miqdarda ərzaq alış verişi edin. İnanın ki, xarab olub, atılan ərzaqlar olmayacaq deyə, həm qənaət etmiş olacaqsınız, həm də soyuducuda səliqə-sahman və estetika yaratmaq gözünüzə əvvəlki kimi çətin bir iş kimi görünməyəcək 🤍

Izzidone LLC. 2022.

All rights reserved ©